Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.01.2024 12:23
  • A-
  • A
  • A+

“Kurikulum üzrə refleksivliyin qiymətləndirilməsi: Dəyərləndirici proqram tədqiqatı” mövzusunda seminar keçirilib

“Kurikulum üzrə refleksivliyin qiymətləndirilməsi: Dəyərləndirici proqram tədqiqatı” mövzusunda  seminar keçirilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi seminar keçirilib.

Seminarda ABŞ-ın Korner və UMASS Universitetlərinin dosenti Emma Razifard Britton “Kurikulum üzrə refleksivliyin qiymətləndirilməsi: Dəyərləndirici proqram tədqiqatı” mövzusunda məruzə ilə çıxış  edib.

Müəllif  bildirib ki, ikinci və ya üçüncü dil öyrənmək həmişə yeni mədəniyyətlə məşğul olmaq və dünyanı fərqli baxışla dərk etmək deməkdir.

Emma Britton kurikulum üzrə qiymətləndirmə sahəsində yeni metod tətbiq edib. Refleksivliyin qiymətləndirilmə metodu ikidilli və çoxdilli şəraitdə həyata keçirilən yeni  üsuldur. Bu üsulda soiolinqvistik və psixolinqvistik amillərin təsiri böyükdür.

Kurikulum üzrə refleksivliyin qiymətləndirilmənin elmi-nəzəri əsaslarından, onun ehtiva etdiyi sənədlər, anlayışlar, məqsəd və vasitələrdən çox, ictimai-siyasi, ideoloji və faktoloji, tənqidi tərəflərindən bəhs edib.

Qiymətləndirmə zamanı yalnız informasiyanın mənimsənilməsi deyil, həm də məktəblilərin və tələbələrin cəmiyyətin həyatında iştirakı və fəal vətəndaş mövqeyi qazanması üçün zəruri olan qabiliyyətlərin əldə edilməsi, habelə insan hüquqlarının, demokratik cəmiyyətin dəyərlərinin formalaşdırılması məsələləri nəzərə alınmalıdır.

Seminarda elmi müəssisənin baş direktoru professor Nadir Məmmədli mövzunun elm və təhsillə əlaqəsindən danışıb.

Sonda məruzə ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: