Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.01.2024 13:34
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dilçilik İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli açaraq 34 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb.

Alim bildirib ki, 20 Yanvar bizim üçün nə qədər faciəli gün olsa da, bizim sonrakı qələbələrimizin, mübarizəmizin bir başlanğıc nöqtəsidir. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.

Tədbirdə çıxış edən şöbə müdirləri professor İlham Tahirov, dosentlər Kifayət İmamquliyeva, Rasim Heydərov, aparıcı elmi işçilər Qüdsiyyə Qəmbərova, Füzuli Mustafayev və Fidan Salayeva  20 Yanvarın tariximizin qanlı və şanlı səhifəsi olduğunu bildiriblər. Qeyd edilib ki, 20 Yanvar hadisəsi vətən üçün canını fəda etməyin nümunəsini göstərdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: