Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2024 11:56
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda “Erasmus +” proqramı ilə bağlı seminar təşkil olunub

Dendrologiya İnstitutunda “Erasmus +” proqramı ilə bağlı seminar təşkil olunub

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov Erasmus + proqramı universitet və elmi tədqiqat institutları əməkdaşlarına nə vəd edir? mövzusunda seminar təşkil edib.

Təqdimatçı toplantı iştirakçılarına Erasmus+proqramının imkanlarından məlumat verərək proqramının büdcəsinin 30 milyard avro olduğunu qeyd edib. Avropa İttifaqının Erasmus+ proqramının ilk dəfə olaraq 1987-ci ildə yaradılmasını bildirərək əsas məqsədin proqram çərçivəsində həm tələbə-müəllim mübadiləsi, həm də potensialın gücləndirilməsi layihələrində fəal iştiraka xüsusi önəm verilməsini vurğulanıb. Azərbaycan 2005-ci ildən Boloniya prosesinə qoşulduğunu nəzərə alaraq bildirmək lazımdır ki, Azərbaycan Respublikası vətəndaşları da bu proqramdan yararlanmaq imkanı əldə etmişlər. İnstitutsional baxımdan proqramın imkanları həddindən artıq genişdir. Boloniya prosesi çərçivəsində universitet və elmi tədqiqat institutlarında müəyyən islahatların aparılması, Avropa universitet və institutları ilə birgə fəaliyyəti nəzərdə tutulur. Məqsəd mövcud tədqiqatın Avropa elmi tədqiqat institutları ilə əməkdaşlıq nəticəsində təkmilləşdirilməsidir.

Natiq Azərbaycan Respublikasında Yaşıl dünya naminə həmrəylik ili elan edilməsi ilə əlaqədar olaraq biologiya elminin dünyada prioritet istiqamətlərdən hesab edildiyini diqqətə çatdıraraq Dendrologiya İnstitutundan təqdim ediləcək layihələrin bu baxımdan yüksək qiymətləndirələcəyini elmi əməkdaşların nəzərinə çatdırdı. Həmçinin universitet və elmi tədqiqat institutları əməkdaşlarının bu cür layihələrdə iştirakının əhəmiyyətli olduğunu, ölkə üçün yeni kadrların hazırlanmasında mühüm rol oynayacağını da vurğuladı.

Sonda təqdimatçı institut əməkdaşlarını Erasmus + proqramına yeni layihələr təqdim edərək fəal iştirak etməyə çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: