Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.03.2025 18:56
  • A-
  • A
  • A+

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun baş mühafizi fil.e.d., dosent Səbinə Əhmədova “Əlyazmaların qorunması, saxlanılması və mühafizəsi” mövzusunda mühazirə oxuyub.

Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Odlar Yurdu Universitetinin tələbələrinin iştirak etdiyi seminarda alim institutda qorunan əlyazmalardan, onların mühafizəsi prosesində görülən işlərdən bəhs edib, təlim iştirakçılarına institut fondunda mühafizə olunan sənədli irs və nadir dövrü-mətbuat nümunələrini, Xurşidbanu Natəvanın bəzi əl işlərini, Xan qızına məxsus qələm, qələmdan, onun kitabxanasına aid miniatür “Quran”ı, Şah Abbasın, Nadir şahın, Şah Sultan Süleymanın fərmanlarını, Nizami Gəncəvinin “Xəmsə”sinin institut fondunda qorunan ən qədim əlyazma nüsxəsini və digər nadir materialları nümayiş etdirib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: