Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.02.2024 16:40
  • A-
  • A
  • A+

Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İnstitutun baş direktoru b.e.d., professor Səyyarə  İbadullayevanın sədrliyi ilə baş tutan iclasda bir sıra məsələlər müzakirə olunub.

İclasda institutun şöbə və laboratoriyalarında 2024-cü il üçün nəzərdə tutulan elmi-tədqiqat işlərinin mövzu planı müzakirəyə qoyularaq yekdilliklə təsdiq olunub.

AR Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən gələn məktuba əsasən Botanika İnstitutunda Mikologiya və ibtidai bitkilər şöbəsinin adının qaytarılması, Eksperimental mikologiya və Alqologiya və lixenobriologiya laboratoriyalarının həmin şöbənin tərkibinə daxil edilməsi, həmçinin Sistematika və biomüxtəliflik şöbəsinin adının dəyişdirilərək Ali bitkilərin sistematikası və filogenyası adlandırılması və həmin şöbənin nəzdində fəaliyyət göstərən laboratoriyaların Flora və sistematika və Ali bitkilərin ekologiyası və coğrafiyası adlandırılması təsdiqlənib.

İclasda S.İbadullayeva Botanika İnstitutunun kollektivi adından uzun illər institutda çalışmış Bitki ehtiyatları şöbəsinin baş elmi işçisi b.e.d. dosent Ədilə Ələsgərovanın 75, Kadrlar şöbəsinin rəisi Lətifə Bədəlovanın, Eksperimental Botanika şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d., dosent Sədaqət Rəsulovanın, Sistematika və biomüxtəliflik şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d., dosent Zərnigar Babayevanın və Biomorfologiya və fitointroduksiya şöbəsinin aparıcı elmi işçisi b.ü.f.d., dosent Eldar Əliyevi 60 illik yubileyləri münasibətilə təbrik edib, onlara can sağlığı və uzun ömür arzulayıb. 

Sonra gündəlikdə duran digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: