Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutuna Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin 1-ci kurs tələbələri ilə görüş keçirilib.
İnstitutun icraçı direktoru, dosent Rəvan Mehdiyeva tələbələrə institutun tarixindən, laboratoriyalarından və onların fəaliyyətindən danışıb. İnstitutda aparılan elmi-tədqiqat işləri ilə tələbə və müəllim heyətini tanış edib.
Seminarda institutun İnnovativ tədqiqatlar qrupunun rəhbəri, elektronika üzrə mütəxəssis Namiq Heydərov tələbələrə çoxfunksiyalı müxtəlif təyinatlı kvadrakopter tipli uçuş aparatı haqqında məlumat verib.
Tələbələrə dronların hazırlanma texnologiyası, idarə edilməsi və tətbiq sahələri haqqında danışıb.
Sonda institutun əməkdaşı Xankişiyeva Rəna ətraf mühitə və dənizə atılan plastik tullantıların dəniz canlılarına, heyvanlara vurduğu zərərdən danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.