Zəfər TV internet kanalı Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Saray Təcrübə sahəsində elmi-təcrübə işlərinin gedişatı haqqında sujet hazırlayıb.
Sujetdə təcrübə sahəsində becərilən müxtəlif bitkilərin qiymətli kolleksiyalarından, dərman əhəmiyyətli bitkilərindən, biomüxtəlifliyin, bərpası, mühafizəsi, səmərəli istifadəsi və yaşıllaşdırmada tətbiqi haqqında məlumatlar yer alıb. Dendrologiya İnstitutunun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova Saray Təcrübə sahəsində institutun elmi əməkdaşlarının apardıqları elmi təcrübə işlərindən becərilən bitkilərin yaşıllaşdırmaqda tətbiqindən danışıb.
Mərkəzi eksprimental laboratoriyasının elmi işçisi Mircəlallı İlhamə Təcrübə sahəsində ekoloji amillər şəraitində apardılan eksprimentlər torpaq şoranlaşması, torpaq və hava temperaturu, havanın nisbi rütubəti, quraqlıq, yüksək və mənfi temperatur, radiasiya fonu haqqında institutun baş aqranomu Kamran Zeynalov işğaldan azad olunmuş ərzilərimizdə bitki örtüyünün taksonomik tərkibinin təhlili, bitki növlərinin introduksiyası, genofondun bərpası istiqamətində tədqiqatların aparılması, biomüxtəlifliyin genişləndirilməsi və davamlı istifadəsinin həyata keçirilməsi məqsədilə Dendrologiya İnstitutunun təcrübə sahəsində becərilən dekorativ ağac və kol bitki kolleksiyalarının həmin ərazilərə tətbiq olunması haqqında məlumat verib.
Daha sonra Sənaye əhəmiyyətli laboratoriyasının elmi işçisi Vüsalə Bədəlova Təcrübə sahəsində dərman əhəmiyyətli bitkilərdən efir yağlarının alınması, antimikrob xüsusiyyətlərinin öyrənilməsi, sənaye əhəmiyyəti və digər faydalı xassələri haqqında danışıb.
Qeyd edək ki, Dendrologiya İnstitutu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsini həyata keçirilib. Zəngilan rayonunun Ağalı kəndi ərazisində məktəb və ətraf ərazilərdə yaşıllaşdırma işlərini həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.