Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.02.2024 13:45
  • A-
  • A
  • A+

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının cari ildə ilk iclası keçirilib.

İclası giriş sözü ilə açan Lənkəran REM-nin direktoru, Elmi şuranın sədri filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyev gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.

Sonra Lənkəran Regional Elmi Mərkəzinin elmi işlər üzrə direktor müavini biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova təqvim planlarının təsdiqi barədə çıxış edib, bu istiqamətdə qarşıda duran vəzifələrdən danışıb, ayrı-ayrı müəlliflərin mövzuları haqqında rəy və mülahizələrini bildirib.

Daha sonra AMEA-nın Rəyasət Heyətinin qərar və sərəncamlarının yerinə yetirilməsi və əmək intizamı haqqında filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevin çıxışı dinlənilib. Mehman Əliyev AMEA-nın Direktorlar Şurasının 12 fevral tarixli iclasının qərarına əsasən kollektivdə əmək intizamına ciddi riayət edilməsinin vacibliyini diqqətə çatdırıb, hamını buna əməl etməyə çağırıb.

Həmçinin mərkəzin əməkdaşı tarix üzrə fəlsəfə doktoru Mayis Cəfərovun həmmüəllifi olduğu, ali məktəb tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulan “Numizmatika” kitabını iştirakçılara təqdim edib, müəllifə gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb və kitabın yaxın günlərdə təqdimatının keçirilməsinin nəzərdə tutulduğunu deyib.

M.Əliyev daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışından irəli gələn mühüm vəzifələrdən, yeni dövrün başlanmasından, dünyada gedən siyasi proseslərdən, 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şücaətlərdən, Lənkəran REM-nin əməkdaşı Mahsun Bağırzadənin həmin döyüşlərdə igidlik nümayiş etdirərək şəhidlik zirvəsinə ucalmasından ətraflı bəhs edib.

Elmi şuranın sədri 2024-cü ilin tədbirlər planı ilə iclas iştirakçılarını tanış edib, ilboyu keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

M.Əliyev çıxışının sonunda mərkəz qarşısında qoyulan vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bütün imkanlardan səmərəli istifadə olunacağına əminliyini ifadə edib.

Mövzu ətrafında şura üzvlərindən Mayis Cəfərov, Samir Kərimov, İsaq Məmmədov, Sərraf Talıbov, Xalıqverdi Babayev, Leyla Məcidova, Cəmil Quliyev, mərkəzin əməkdaşlarından İltifat Əhmədov və Fəranə Mikayılova çıxış edərək fikirlərini bildiriblər.

Sonda müvafiq qərarlar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: