Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.02.2024 15:40
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilib

Dendrologiya İnstitutunun Həmkarlar İttifaqının hesabat-seçki yığıncağı keçirilib

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Həmkarlar İttifaqının 2017-2023-cü illəri əhatə edən hesabat-seçki yığıncağı keçirilib.

Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov, institutun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova və institut kollektivi iştirak edib. 

Tədbiri giriş sözü ilə açan dosent Minarə Həsənova gündəlikdə duran məsələ haqqında məlumat verib.

O, HİK sədrinin məsuliyyətli, dəqiq, daim inkişafda olan, motivasiyalı, yaradıcı, planlı, ünsiyyətcil, tez uyğunlaşan, idarəetmə və yüksək təşkilatçılıq qabiliyyəti olmasından danışıb. Təşkilatçısı olduğu beynəlxalq və respublika səviyyəli tədbirlərin əhəmiyyətindən bəhs edib və əldə etdiyi uğurları sadalayıb. Qeyd edib ki, Tünzalə Zeyvəliyeva müxtəlif təşkilatlardan 20-dən çox Fəxri fərman alıb, 5 kitab 500-dən artıq  elmi əsər və məqalələrin, eləcə də Zəfər təntənəsinə çevrilmiş tarixi günə həsr olunan elmi publisistik üslubda silsilə verilişlərin  müəllifidir. Daha sonra, 2017-2023-cü illəri əhatə edən hesabatını təqdim etmək üçün sözü Dendrologiya İnstitutu HİK-nin sədri Tünzalə Zeyvəliyevaya verib.

Məruzəçi 2017-2023-cü illər üçün hesabat məruzəsi ilə çıxış edib, təşkilatın qərar layihəsini təqdim edib. İnstitutun Həmkarlar Təşkilatı fəaliyyət dövrü ərzində kollektivin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi köməklikdən, əməkdaşların asudə vaxtlarının səmərəli keçirilməsini və mədəni-kütləvi tədbirlərdə iştirakını eyni zamanda, əməkdaşların yay istirahəti təşkil olunduğundan, hər il institut əməkdaşlarına Dünya Azərbaycanlıların Həmrəylik günü - Yeni il, Novruz bayramı yolka tamaşa biletlərinin təşkilindən danışıb. O, Həmkarlar Təşkilatının institut əməkdaşları və onun rəhbərliyi arasında müəyyən sosial məsələlərin həllində, eləcə də hüquqlarının qorunması istiqamətində körpü rolunu oynadığını vurğulayıb.

Daha sonra institut əməkdaşları AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov, Dendroxronologiya laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru Ramazan Məmmədov, Sənaye əhəmiyyətli bitkilər laboratoriyasının aparıcı elmi işçisi aqrar elmləri üzrə fəlsəfə doktoru Tofiq Sadiqov, Ekologiya və iqlimləşdirmə şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov və digər iştirakçılar T.Zeyvəliyevanın təşkilata sədrlik etdiyi illər ərzində qurumun nümunəvi fəaliyyəti, işçilərin sosial müdafiəsinin təşkilində prinsipial mövqeyi, bir çox layihələrdə təşəbbüskarlığını xüsusi qeyd ediblər. Qurumda  nümunəvi təşkilatçı  kimi fəaliyyət göstərməsi, işçilərin əməyinin qiymətləndirilməsi, onların asudə vaxtı və istirahətinin təşkili Azərbaycanın dilbər guşələrinə səfərlərinin təşkili, ölkəmiz üçün əhəmiyyətli məsələlərdə fəallığı kimi gördüyü mühüm işlər vurğulanıb və yenidən Tünzalə Zeyvəliyevanın namizədliyinin irəli sürülməsini təklif ediblər.

Tədbirdə Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edib. O, çıxışında qurumun HİK-nin aktiv fəaliyyətindən gördüyü işlərin təqdirəlayiq olduğunu vurğulayıb.

Hesabat məqbul hesab edilərək qəbul edilib və qərar layihəsi təsdiq edilib.

Sonra səsvermə yolu ilə Tünzalə Zeyvəliyeva Nəriman qızı təşkilata yenidən sədr seçilib. Daha sonra açıq səsvermə yolu ilə HİT-nın idarə heyətinin 7 nəfərdən ibarət yeni üzvü seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: