Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.02.2024 17:10
  • A-
  • A
  • A+

Tələbələr MEK-də istehsalat təcrübəsinə başlayıblar

Tələbələr MEK-də istehsalat təcrübəsinə başlayıblar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti, Azərbaycan Dillər Universitetinin Filologiya, Beynəlxalq münasibətlər və regionşünaslıq, Bakı Slavyan Universitetinin Filologiya və Şərqi Avropa Dilləri fakültələrinin IV kursunda təhsil alan - ümumilikdə 67 tələbə istehsalat təcrübəsinə başlayıblar.

MEK-in direktoru professor Məmməd Əliyev gələcəkdə bu sahə üzrə çalışacaq kadrların peşəkar yetişməsi, onların seçdikləri ixtisasın sirlərinə daha dərindən bələd olmaları üçün istehsalat təcrübələrinin müstəsna əhəmiyyətindən danışıb, tələbələrə dövlət tərəfindən kitabxanada yaradılan yüksək şəraitdən səmərəli istifadəni tövsiyə edib.

Üç aya yaxın müddətdə MEK-in müxtəlif şöbələrində təcrübə keçəcək tələbələr öz ixtisas istiqamətləri üzrə biliklərini təkmilləşdirmək, biblioqrafik sorğuları cavablandırmaq, İRBİS 64 + AKİS proqramına ədəbiyyat nümunələri daxil etmək, elmi məsləhətlər almaq, kitabxana işinin incəliklərini öyrənmək imkanı əldə edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: