Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.02.2024 10:12
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda tələbələr və magistrantlar təcrübə keçirlər

Radiasiya Problemləri İnstitutunda tələbələr və magistrantlar təcrübə keçirlər

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) ali təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə əsasən istehsalat təcrübəsi keçəcək universitet tələbələri ilə görüş keçirilib.

Azərbaycan Memarlıq və İnşaat Universiteti, Dövlət Neft və Sənaye Universitetinin, Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin bakalavr pilləsi üzrə təhsil alan tələbələri Radiasiya Problemləri İnstitutunda 3 ay müddətində istehsalat təcrübəsi keçəcəklər. Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistrantları isə Radiasiya Problemləri İnstitutunun elmi-tədqiqat laboratoriyalarında 4 həftə müddətində elmi-tədqiqat təcrübəsində olacaqlar.

Görüşdə çıxış edən Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev, icraçı direktor dosent Rəvan Mehdiyeva tələbələri salamlayıb, həmçinin institutun tarixi, elmi tədqiqat istiqamətləri, əldə olunmuş nailiyyətlər və kadr potensialı haqqında məlumat veriblər. İnstitutda olduqları müddətdə təcrübə keçənlərə hər cür şərait yaradılacağı haqqında müzakirələr aparılıb.

Sonra təcrübəyə gələn tələbələr laboratoriyalara bölüşdürülüb və elmi istiqamətlər üzrə təyinatlar alıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: