AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilmiş “Dilimiz hikmət xəzinəsidir” adlı konfransda onlayn formatda iştirak ediblər.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-in 24 saylı kitabxana filialının təşkilatçılığı ilə baş tutmuş konfransda institutun əməkdaşları - Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Tünzalə Seyfullayeva “Ana dili – milli kimliyimiz”, Sənədlərlə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulova “Ana dilimizin saflığı uğrunda” mövzularında məruzə edib, çıxışlarında gənc nəsildə vətənə, torpağa, ana dilinə məhəbbət hisslərini artırmaq, milli-mənəvi dəyərlərimizi, dilimizin saflığını qorumaq, inkişaf etdirmək və dərindən bilmək, ana dilimizə olan sevgini artırmaq məqsədilə keçirilən bu kimi tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.