Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

MEK Xocalı soyqırımının 32-ci ildönümünə həsr etdiyi virtual sərgini təqdim edir
26.02.2024 10:12
  • A-
  • A
  • A+

MEK Xocalı soyqırımının 32-ci ildönümünə həsr etdiyi virtual sərgini təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Xocalı soyqırımının 32-ci ildönümünə həsr etdiyi virtual sərgini təqdim edir.

MEK-in fondlarındakı nəşrlər əsasında hazırlanan sərgidə Xocalı soyqırımının dəhşətli və faciəli səhifələrini əks etdirən fotoşəkillər, müxtəlif dillərdə kitab və jurnallar nümayiş etdirilir. Burada “Xocalıya ədalət!”, “Xocalı soyqırımı”, “Azərbaycan faciələrinin təqvimi”, “Xocalı şahidləri danışır”, “Azərbaycanlıların soyqırımı. Tarixin qanlı salnaməsi”, “Soyqırımı tarixinin dastanı”, “Xocalı ensiklopediyası”, “Xocalı şəhidləri 613”, “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” IV beynəlxalq elmi konfransın materialları və digərləri yer alıb.

Qeyd edək ki, oxucular virtualla yanaşı, MEK-də təşkil olunmuş ənənəvi sərgi ilə də yaxından tanış ola bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: