Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

30.09.2024 11:58
  • A-
  • A
  • A+

Məmməd Arazın Ev muzeyinin direktoru Nizami Muzeyinin qonağı olub

Məmməd Arazın Ev muzeyinin direktoru Nizami Muzeyinin qonağı olub

Xalq şairi Məmməd Arazın Naxçıvandakı Ev muzeyinin direktoru Əzizə Süleymanova Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Qonağı ekspozisiya ilə muzeyin Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin böyük elmi işçisi Gülnar Əqiq tanış edib.

O, Nizami Muzeyinin Azərbaycan ədəbiyyatının inkişaf yolunu əks etdirən ekspozisiya zallarını gəzib. Qonaq muzeyin müasir Azərbaycan ədəbiyyatı zalında Məmməd Araza həsr olunmuş ekspozisiya guşəsini xüsusi maraqla seyr edib, burada sərgilənən eksponatlara, şairin şəxsi əşyalarına tamaşa edib.

Ə.Süleymanova Xalq şairi Məmməd Arazın 2013-cü ildə şairn doğulduğu Şahbuz rayonu Nursu kəndində yaradılmış ev muzeyi haqqında da məlumat verərək muzeydə bütün yaradıcılığı boyu Azərbaycan xalqının vətənpərvərlik duyğularını tərənnüm edən şairin mənalı ömür yolunu əks etdirən 1200-dək eksponatın qorunub saxlanıldığını bildirib.

Qonaq səmimi qarşılanmaya və maraqlı ekskursiyaya görə muzeyin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib.

Sonda o, bu mədəniyyət ocağı ilə bağlı xoş təəssüratlarını “Rəy kitabı”nda bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: