Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

27.02.2024 09:40
  • A-
  • A
  • A+

MEK-də kitabxanaçılar üçün beşgünlük təlimlərə start verilib

MEK-də kitabxanaçılar üçün beşgünlük təlimlərə start verilib

Kitabxana-informasiya sahəsində biliklərin təkmilləşdirilməsi, virtual məkana inteqrasiya, kitabxanaçıların peşəkar fəaliyyətinin daha da artırılması məqsədilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün beşgünlük təlimlərə start verilib.

Təlimlərə AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin, Şəki və Lənkəran Regional Elm mərkəzlərinin, AMEA nəzdində fəaliyyət göstərən bir sıra elmi-tədqiqat institutlarının, həmçinin Milli Azərbaycan Tarixi Muzeyi, Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutunun kitabxanaçıları qatılıblar.

MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri təlimçi Səyyarə Məmmədovanın verdiyi məlumata əsasən, treninqdə kitabxana sahəsinə dair vacib mövzular tədris olunacaq: “Tədris prosesi sənəd-informasiya fondlarının formalaşması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran yeni vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi kimi mövzuları əhatə edəcək”.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: