Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.02.2024 12:18
  • A-
  • A
  • A+

Şəki Dövlət Regional Kollecinin tələbələri Şəki REM-də pedaqoji təcrübə keçirlər

Şəki Dövlət Regional Kollecinin tələbələri Şəki REM-də pedaqoji təcrübə keçirlər

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) Bitkilərin biomüxtəlifliyi və genofond şöbəsində Şəki Dövlət Regional Kollecinin Meşə və park təsərrüfatı fakültəsinin tələbələri elmi-texnoloji təcrübə keçirlər.

Mərkəzdə tələbələrin Genofond bağı ilə tanışlığından və tinglik təsərrüfatının təşkili, aqrotexniki işlərin aparılması qaydaları haqqında məlumatlandırılmasından sonra Landşaftşünaslıq şöbəsinin rəhbəri geo.ü.f.d. Hüseyn Mustafabəyli ilə görüşləri təşkil edilib.

Hüseyn Mustafabəyli tələbələrə Şəki-Zaqatala bölgəsinin dağ-meşə qurşağında bitki biomüxtəlifliyi, biomüxtəlifliyin qorunması və artırılması üçün zəruri tədbirlər, qlobal istiləşmə mərhələsində meşələrin qorunması və bərpası işlərinin aparılması istiqamətində məsləhətlərini verib.

Daha sonra Şəki REM-in Mülki Müdafiə Qərargahının rəisi Yusif Rəhimov Şimal-qərb bölgəsində turizm potensialının inkişaf etdirilməsi, ekoturizm, ekoturizmin əsas mahiyyəti kimi əhəmiyyətli mövzular ətrafında tələbələrlə müzakirələr aparıb. O, qeyd edib ki, ekoturizmin əsas məqsədi təbiətin məqsədyönlü şəkildə qorunmasını təmin etməkdir və ekoloji təmiz mühit, saf su, təmiz havadan istifadə edə bilməyin yolu ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran ekoturizmdən keçir.

Qeyd edək ki, tələbələrin təcrübə müddəti bir aydır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: