Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.02.2024 09:48
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı Rusiyada elmi ezamiyyətdə olub

Zoologiya İnstitutunun əməkdaşı Rusiyada elmi ezamiyyətdə olub

Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının elmi işçisi Leyla Nadirli Rusiya Elmlər Akademiyasının Ural dairəsinin Yekaterinburq şəhəri Bitkilərin və heyvanların ekologiyası institutunda elmi ezamiyyədə olub.

Ezamın məqsədi Azərbaycanın əsasən Böyük Qafqazdan və müqayisə üçün digər bölgələrindən əldə edilən çöl siçanları nümunələrinin molekulyar-genetik analizlərinin aparılması, həmçinin şəxsi toplanılan və Zoologiya İnstitutuna aid olan kolleksiya fondundan çöl siçanlarının kəllə və diş sümüklərinin müxtəlif metodlar vasitəsilə tədqiqinin öyrənilməsi olub. Elmi-tədqiqat işi Filogenetika və Bioxronologiya laboratoriyasında laboratoriya müdiri b.e.d., dosent A.V.Borodinin rəhbərliyi ilə aparılıb.

Ezamiyyə müddətində çöl siçanları nümunələrindən mitoxondrial DNT-nin cytb geni üzrə yeni nukleotid ardıcıllıqları əldə edilib. Həmçinin çöl siçanları növlərinin kəllə sümüklərinin yaşı, dişlərinin morfotipikası və ölçüləri təyin edilib, statistik hesablamalar aparılıb.

Əldə edilən nəticələrin yerli və xarici nəşrlərdə çap edilməsi planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: