Tədqiqatçılar təhsil səviyyəsinə malik insanların daha yavaş qocaldığını aşkar ediblər.
Bununla bağlı ABŞ-ın Kolumbiya Universitetinin tədqiqatçıları araşdırma aparıblar.
“Framingham Heart Study” adlı araşdırmada Kolumbiya Universitetindən olan alimlər 1948-ci ildən bəri üç nəsildən 14 min 106 iştirakçının məlumatlarını araşdıraraq təhsilin qocalığa təsirini təhlil ediblər. Tədqiqatçılar məlumatlarla əldə edilən qan testlərindən istifadə edərək DNT-nin tədqiqi metodundan yararlanıblar, iştirakçıların qocalma nisbətini hesablamağa çalışıblar. Üç nəsildən əldə olunan məlumatlardan istifadə edən tədqiqatçılar uşaqların təhsil səviyyələrini valideynlərinin təhsil səviyyələri ilə müqayisə ediblər, həmçinin bacı-qardaşlar arasında təhsil səviyyələrindəki fərqləri araşdırıblar.
Tədqiqatçılar müəyyənləşdiriblər ki, təhsil iştirakçılarının iki il ərzində qocalma sürəti 2-3 faiz yavaşlayır və bu yavaşlama ölüm riskini təxminən 7 faiz azalda bilər. Təhsil səviyyəsini bioloji qocalma və gözlənilən ömür uzunluğu ilə əlaqələndirmək üçün ilk dəfə qeydə alınan araşdırma, valideynlərindən daha yüksək təhsil səviyyəsinə malik olan iştirakçıların daha yavaş qocaldığını, daha uzun və sağlam yaşadıqlarını ortaya qoyub.
Araşdırma “JAMA Network Open” jurnalında dərc olunub.