Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyi ilə “Elsevier” şirkətinin nümayəndəsi Saide Sak tərəfindən təlim keçirilib.
Təlimdə AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun əməkdaşları - Bioloji aktiv maddələr laboratoriyasının elmi işçisi b.ü.f.d. Səbinə Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Mədinə Kərimli də iştirak edib.
Təlimdə iştirakçılara dünyanın ən böyük elmmetrik bazalarından olan “Scopus” və “ScienceDirect”dən istifadənin daha səmərəli təşkili, tədqiqat səriştələrinin təkmilləşdirilməsi və tədqiqat mədəniyyətinin formalaşdırılması barədə zəruri məlumatlar çatdırılıb.
Təlimdə elmmetrik bazalarda müəllif profillərinin idarə olunması, tədqiqat işlərinin nəşr edilməsi prosesi, uğurlu tədqiqat üçün effektiv axtarış və təhlil üsulları, tədqiqat sahəsində əməkdaşlıqların qurulması kimi mövzular müzakirə olunub.
Sonda mövzu ilə bağlı təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.