Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.03.2024 14:45
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

Riyaziyyat və Mexanika İnstitutunda Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib

AR Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Həmkarlar Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov müəssisənin xanım əməkdaşlarını, onların timsalında bütün Azərbaycan xanımlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uzun ömür, cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıb. Professor bugünkü gündə Azərbaycan qadınlarının elmi-mədəni həyatda, eləcə də Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etdiklərini, cəmiyyətin mənəvi dayağı olduqlarını, bir çox sahələrdə böyük uğurlar əldə etdiklərini diqqətə çatdırıb.

Alim bildirib ki, ölkəmizin qazandığı bütün uğurlarda, nailiyyətlərdə Azərbaycan qadınının misilsiz xidmətləri var. Azərbaycan qadını keçmişlə müasirliyin vəhdətini hər zaman qoruyub saxlamağı bacarıb. Adət-ənənələrimizin, zəngin mədəni sərvətlərimizin əsrlər boyu nəsildən-nəslə ötürülməsində də Azərbaycan qadınının müstəsna xidmətləri olduğunu vurğulayıb.

Qeyd edib ki, bu gün savadlı, intellektual cəmiyyətin formalaşmasında, gənc nəslin dövlətçilik idealarına sədaqət ruhunda tərbiyəsində Azərbaycan qadınının rolu danılmazdır.

Tədbirdə iştirak edən Azərbaycan teatr və kino aktrisası, Xalq artisti Həmidə Ömərova çıxışına xanımları təbrik edərək başlayıb və qeyd edib ki, bütün dövrlərdə tutduğu mühüm mövqe ilə seçilən qadınlar hər zaman cəmiyyətin ən dəyərli nümayəndələri kimi qiymətləndirilib. Xüsusən də, Azərbaycan qadını həmişə öz iradəsi, mərdliyi sədaqəti, ailəyə, vətənə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Qeyd edib ki, Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş etmişdir. Aktrisa Azərbaycan xanımlarını bir daha Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, hər birinə cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda institutun qadın əməkdaşlarına bayram münasibətilə xatirə hədiyyələri təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: