Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

11.03.2024 16:35
  • A-
  • A
  • A+

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Nizami Muzeyində olub

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Nizami Muzeyində olub

Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub.

Türkiyənin ali təhsil qurumlarını təmsil edən nümayəndə heyətinin tərkibinə Ali Təhsil Şurasının sədr müavini Haldun Göktaş, şuranın idarəetmə qrupunun üzvü Naci Gündoğan, Göksal Temircan, aparat rəhbəri Muhammed Lütfü Kartaş, Ali Təhsil Şurası Beynəlxalq əlaqələr sektorunun müdiri Mustafa Efe, İstanbul Texniki Universitetinin rektoru İsmail Koyuncu, Orta Doğu Texniki Universitetinin rektoru Mustafa Verşan Kök, Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran, Türkiyə Cümhuriyyəti Prezidentinin maliyyə ofisinin rəhbəri Göksal Aşan  daxil idilər.          

Nümayəndə heyətini Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini İdris İsayev və Azərbaycanın Ankaradakı daimi səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova müşayiət ediblər.

Muzeyin direktoru akademik Rafael Hüseynov qonaqları muzeyin ekspozisiyası ilə tanış edərək onlara Azərbaycan ədəbiyyatının qədim və zəngin tarixi haqqında ətraflı məlumat verib. Muzeydə sərgilənən eksponatlar, bütün Türk dünyasının iftixarı olan Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli kimi dahi şairlərə həsr olunmuş salon və guşələr qonaqların marağına səbəb oldu.

Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının sədri Erol Özvar Cənubi Qafqazda sülh və sabitliyin dayağı olan iki qardaş dövlət – Türkiyə və Azərbaycan arasında gündən-günə möhkəmlənən elmi-mədəni əlaqələr, Azərbaycan və Türkiyə universitetlərinin birgə əməkdaşlığının perspektivləri, həyata keçirilən müştərək layihələr və nəzərdə tutulan planlar barədə danışıb. O, muzeyin eksposiyası boyunca onları müşayiət edərək Azərbaycan ədəbiyyatı və mədəniyyəti haqqında məlumatlandırdığına görə akademik Rafael Hüseynova minnətdarlığını bildirib.

Muzeyi ziyarət etməkdən böyük zövq alan qonaqlar rəy kitabında xoş təəssüratlarını bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: