Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.03.2024 09:38
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkının Azad Həmkarlar İttifaqı Məclisinin iclası keçirilib

Yüksək Texnologiyalar Parkının Azad Həmkarlar İttifaqı Məclisinin iclası keçirilib

Elm və Təhsil Nazirliyi Yüksək Texnologiyalar Parkının (YTP) Azad Həmkarlar İttifaqı (AHİ) Məclisinin növbəti iclası keçirilib.

İclası YTP-nin baş direktoru Vasif Abbasov açaraq AHİ-nin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, Vətən müharibəsi dövründə və müharibədən sonrakı mərhələdə şəhid ailələri, müharibə əlilləri və veteranlarına göstərdiyi dəstəkdən danışıb. Eyni zamanda, baş direktor bu illər ərzində AHİ tərəfindən YTP və Təcrübə-Sənaye Zavodunun (TSZ) əməkdaşlarının sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Elmi təşkilatların Birləşmiş Həmkarlar İttifaqının sədri hüquq elmləri doktoru Habil Qurbanov bildirib ki, əməkdaşların istirahəti müalicəsinin təşkili, əmək qabiliyyətinin bərpası, sağlamlığının qorunması, məzuniyyət dövründə işçilərin asudə vaxtlarının daha səmərəli təşkili üçün şəraitin yaradılması həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olub. O, 20 Yanvar faciəsi və Xocalı soyqırımına həsr olunan silsilə tədbirlərin keçirildiyini də söyləyib.

İclasda YTP və Təcrübə-Sənaye Zavodunun Həmkarlar Təşkilatının hesabatları dinlənilib. Hesabatlar qənaətbəxş hesab edilib.

Bundan başqa, tədbirdə Vüsalə Ədilova YTP və TSZ-nin Həmkarlar İttifaqı Komissiyasına sədr vəzifəsinə seçilib. Həmçinin komissiyanın yeni üzvləri yekdil qərara əsasən təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: