Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.03.2024 17:13
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının növbəti iclası keçirilib

Mərkəzi Elmi Kitabxananın Elmi-Metodiki Şurasının növbəti iclası keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının Elmi-Metodiki Şurasının keçirilən növbəti iclasında bir sıra məsələlər müzakirə olunub.

İclasda MEK-in direktoru f.e.d., professor Məmməd Əliyev ölkə başçısının “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Sərəncamına əsasən rəhbərlik etdiyi kitabxanada görüləcək işlər, nəzərdə tutulan  fəaliyyətlər və məqsədlər haqqında danışıb. Qeyd olunub ki, ötən “Heydər Əliyev İli” çərçivəsində MEK Ulu Öndərin siyasi irsinin təbliği istiqamətində öz işini uğurla davam etdirib. Kitabxana tərəfindən il ərzində tədbirlər, layihələr, beynəlxalq və respublika miqyaslı konfranslar həyata keçirilib, dəyərli nəşrlər işıq üzü görüb. Onların sırasında MEK tərəfindən dərc olunan Ulu Öndərin böyük ideallarını əks etdirən siyasi irsin qiymətli salnaməsi – “Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstəricini qeyd edib.

MEK-in direktor müavini, Elmi-Metodiki Şuranın sədr müavini f.ü.f.d., dosent Şəhla Quliyeva MEK-in şöbələrinin 2024-cü il üçün iş planını təqdim edib. Müvafiq təklif və tövsiyələr nəzərə alınmaqla iş planı təsdiqini tapıb.

Şuranın iclasında elmi katib Şəbnəm Rüstəmova “Heydər Əliyev İli”nə həsr olunmuş MEK-in İnformasiya bülleteninin yeni işıq üzü görən xüsusi buraxılışı haqqında məlumat verib. Qeyd edib ki, xüsusi buraxılışda MEK-də keçirilən konfranslar, əməkdaşların iştirakı ilə baş tutan elmi - praktiki konfransların siyahısı, çap edilmiş kitablar, “Vikipediya”da 100 məqalə layihəsi, eləcə də görülən işlər haqqında mətbuatda xəbərlər yer alıb.

İclas zamanı MEK-in Elektron resurslar şöbəsinin əməkdaşları Rövşən Məmmədli və Xəyalə Məmmədli, kitabxana direktorunun rəhbərliyi ilə Ankarada baş tutan ezamiyyətin səmərəli nəticələrini diqqətə çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: