Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.03.2024 20:40
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun füzulişünas alimləri dahi şairin yubiley tədbirləri ilə bağlı müzakirədə iştirak ediblər

Əlyazmalar İnstitutunun füzulişünas alimləri dahi şairin yubiley tədbirləri ilə bağlı müzakirədə iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun füzulişünas alimləri - fil.e.d., dosent Nəzakət Məmmədli, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və fil.ü.f.d., dosent Xatirə Yusifova dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi ilə əlaqədar EYUDER – Azərbaycan və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək beynəlxalq konfransın elmi şurasına (bilim kurulu) üzv seçiliblər.

Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzində keçirilən, görkəmli tədqiqatçı, ictimai xadim, naşir və pedaqoqların, media mənsublarının qatıldığı təşkilat komitəsinin ilk iclasında iştirak edən alimlər Məhəmməd Füzuli irsinin tədqiqi, təbliği və tədrisi ilə bağlı mövcud problemlər ətrafında müzakirələrə qatılıb, təşkil olunacaq konfransda təkcə elmi-tədqiqat, mədəniyyət və ali təhsil müəssisələrində çalışan füzulişünas alim və mütəxəssislərin, dahi şairin həyat-yaradıcılığını tədqiq edən doktorant və dissertantların deyil, eyni zamanda ümumtəhsil məktəblərində tədris fəaliyyəti ilə məşğul olan müəllimlərin, həmçinin filoloji təhsil alan magistrant və tələbələrin də qatılmasının faydalı ola biləcəyi fikrini irəli sürüblər.

Toplantıda Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə və Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi dosent Nəzakət Məmmədli çıxış edərək konfransın səmərəli təşkili ilə bağlı təkliflərini səsləndiriblər.

Qeyd edək ki, konfransın elmi şurasına AMEA-nın elmlər doktoru hazırlığı proqramı üzrə dissertantı fil.ü.f.d., dosent Aytən Hacıyeva da üzv seçilib və konfrans öncəsi müzakirələrdə aktiv iştirak edib.    

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: