Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.03.2024 10:32
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda qan təhlilləri aparılıb

Radiasiya Problemləri İnstitutunda qan təhlilləri aparılıb

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında ionlaşdırıcı şüaların insan sağlamlığına təsirinin öyrənilməsi məqsədilə institut əməkdaşlarından qan nümunələri götürülüb.

İnstitutunun Həmkarlar təşkilatının təşkilatçılığı ilə 83 nəfər əməkdaşın qan nümunələrində radiasiyanın qana və qan-yaradıcı orqanlara təsiri öyrənilib. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu bu işləri təmənnasız olaraq həyata keçirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: