Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.03.2024 15:29
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı qeyd edilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı qeyd edilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Novruz bayramı münasibətilə şənlik keçirilib.

İnstitutun baş direktoru, akademik İradə Hüseynova tədbir iştirakçılarını təbrik edib, onlara möhkəm cansağlığı, bahar əhval-ruhiyyəsi və səadət dolu günlər keçirməyi arzulayıb. Akademik qeyd edib ki, qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib. Novruz həm də həmrəylik bayramıdır. Milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimiz də təntənə ilə qeyd edirlər. Biz Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə bayram tonqalını yandırmasının şahidi olduq. Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordu quruculuğuna yetirdiyi xüsusi diqqət və qayğı sayəsində qazanılan zəfər sevincini yaşayır. Xalqımızın qalibiyyət ovqatı ilə yaşadığı bu bayram günlərində bir daha Vətənimizin ərazi bütövlüyü naminə canlarını fəda etmiş qəhrəman övladlarımıza rəhmət diləyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik.

Biologiya elmləri doktoru Səftər Süleymanov, biologiya üzrə fəlsəfə doktoru Fazilə Qasımova və başqaları bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib, onlara cansağlığı və gələcək işlərində uğurlar arzulayıblar.

Tədbirdə, həmçinin xonça müsabiqəsi də keçirilib. İnstitutun hər bir laboratoriya və şöbəsinin təqdim etdiyi bayram xonçaları münsiflər heyəti tərəfindən qiymətləndirilib. Bioadaptasiya laboratoriyasının hazırladığı xonça müsabiqənin qalibi seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: