Xəzər Universitetində Tarix və Arxeologiya departamentinin və Humanitar, təhsil və sosial elmlər fakültəsinin (HTSE) təşkilatçlığı ilə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Neolit və Xalkolit dövrü arxeologiyası şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Xəqani Alməmmədovun “Cənubi Qafqazda erkən əkinçi-maldar mədəniyyətlərin təşəkkülü, inkişaf dinamikası və xronologiyası” mövzusunda elmi seminarı keçirilib.
Seminarda Xəzər Universiteti HTSE-nin dekan müavini Pərvin Kərimova, Tarix və Arxeologiya departamentinin müəllimi, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, universitetin Tarix və Arxeologiya departamentinin müəllimi tarix üzrə fəlsəfə doktoru Laçın Mustafayev, Bakı Ali Neft Məktəbinin müəllimi Faiq Nəsibov və Humanitar, təhsil və sosial elmlər fakültəsinin “Tarix müəllimliyi” və “Tarix coğrafiya” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.
AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru Tufan Axundovun xatirəsinə həsr olunmuş seminarda X.Alməmmədov Cənubi Qafqazda erkən əkinçi-maldar mədəniyyətlərin öyrənilməsi tarixindən, əldə olunmuş nəticələrdən, eləcə də, özünün bilavasitə iştirakı və rəhbərliyi ilə aparılan tədqiqatlar haqqında geniş məlumat vermişdir. Sonda mövzu ətrafında müzakirə aparılmış, tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.