Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.03.2024 15:42
  • A-
  • A
  • A+

Şəhid Rövşən Nurzadənin doğum günü münasibətilə məzarı ziyarət olunub

Şəhid Rövşən Nurzadənin doğum günü münasibətilə məzarı ziyarət olunub

İkinci Fəxri Xiyabanda 44 gunlük Vətən müharibəsinin şəhidi baş leytenant Nurzadə Rövşən Əli oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Ziyarətdə YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, Yasamal rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev və ictimaiyyat nümayəndələri iştirak ediblər.

Şəhidin məzarı önünə tər güllər qoyulub, ruhuna dualar oxunub.

Ziyarət zamanı Sənan Həsənov və Bəxtiyar Nəbiyev şəhidin ailə üzvləri ilə həmsöhbət olub, vətənimizin başını uca edən qəhrəmanlarımıza ehtiramlarını ifadə ediblər. S.Həsənov cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın şəhid və qazi ailələrinə olan diqqətini çatdırıb. Həmçinin bu istiqamətdə AMEA və Həmkarlar Konfederasiyasının rəhbərliyinin şəhid və qazi ailələrinə olan qayğısını çatdırıb, cənab Prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə qarşıya qoyduqları vəzifələrin icrasının hər zaman önəm kəsb etdiyini bildirib.

Göstərilən diqqət və qayğıya görə şəhid atası Əli Nur ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: