Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.03.2024 16:05
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Geologiya və Geofizika İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə edilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun Elmi şurasının növbəti iclasında bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru akademik Akif Əlizadə Milli Elmlər Akademiyasında Elm Günü münasibətilə “Elm Günü və Günün elmi: humanitar tədqiqatlar və süni intellekt” mövzusunda keçirilmiş təntənəli tədbir haqqında məlumat verib. Alim 1945-ci il  mart ayının 27-də 15 həqiqi üzvün iştirakı ilə Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğunu, AMEA-nın ötən 80 ilə yaxın müddətdə şərəfli inkişaf yolu keçdiyini, bu dövrdə GGİ-nin də elmi nailiyyətlərilə yadda qaldığını diqqətə çatdırıb.

Sonra ölkə başçısının 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülmüş şəxslərə mükafatların və elmi fəaliyyətində fərqlənən bir sıra alimlərə AMEA-nın Fəxri fərmanlarının təqdim olunduğunu, onların sırasında GGİ əməkdaşlarının da olduğunu bildirib.

Sonra Elmi şura iclasının gündəliyində olan məsələlər səsə qoyularaq təsdiq edilib. İlk olaraq  “Silsilə fundamental elmi əsərlərin Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatına təqdim edilməsi” məsələsinə baxılıb. Ardınca elmi tədqiqat proqramlarının institutun tematik planına daxil edilməsi haqqında y.e.ü.f.d. Rafiq Səfərov çıxış edib. O, iştirakçıları  “Qafqaz-Xəzər regionunun müasir geodinamikası, geofiziki sahələri və dərinlik quruluşu” (2024–2028)  və “InSAR və GPS məlumatlarının inteqrasiyası ilə Qafqaz-Xəzər regionunun geodinamika və kinematikasının tədqiqi” (2024–2026) ETİ mövzuları üzrə məlumatlandırıb.

F.-r.e.d. Qalina Martınovanın “Dünya müalicəvi neftlərinin geokimyəvi xüsusiyyətlərinin müqayisəli təhlili (biomarkerlər və adamantoidlər)” (2024–2025), AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin “Azərbaycan Respublikası ərazisinin geodinamiki əsasda geoloji təyinatlı xəritələr komplektinin (miqyas 1:250000-1:500000) işlənib hazırlanması və tərtibi” (2024–2028) və Azərbaycan Respublikası ərazisinin geoloji, hidrogeoloji, mühəndisi    geoloji        faydalı    qazıntılar    xəritələrinin    (miqyas 1:250000) geodinamiki əsasda işlənib hazırlanması və tərtibi” (2024–2025) mövzusunda elmi-tədqiqat işləri haqqında məlumatı dinlənilərək müzakirə edilib, suallar cavablandırılıb və görüləcək elmi işlərin istiqaməti təsdiq edilib.  

Sonra c.e.d. Vaqif Məmmədov Geologiya və Geofizika İnstitutunun Beynəlxalq Su Təsərrüfatı Sərgisində iştirakının yekunlarını, doktorant Emil Quliyev Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibi haqqında qısa informasiyasını təqdim edib.

Elmi şuranın iclası y.e.ü.f.d. Səadət Ələkbərovanın GGİ-də birinci il doktorantların dissertasiya işləri mövzularının dəyişdirilməsi haqqında məlumatı ilə yekunlaşıb.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: