Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.04.2024 17:38
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda elmi seminar keçirilib

Biofizika İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Bioloji tədqiqatlarda EPR metodu. İnsan ağciyər sağlam və karsinoma hallarında hüceyrə membranının EPR metodu vasitəsi ilə xarakterizə edilməsi” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə açan institutun baş direktoru AMEA-nın müxbir üzvü Oktay Qasımov tədbir iştirakçılarını salamlayıb, məruzəçi M.Baxışovaya uğurlar arzu edib.

Sonra Molekulyar və hüceyrə biokimyası laboratoriyasının elmi işçisi Mətanət Baxışova çıxış edərək, EPR spektroskopiya metodu və onun işlənmə prinsipi haqqında məlumat verib, sonra da bu metodun tibbdə və biologiyada tətbiqini, digər spektroskopik metodlardan üstünlüklərini qeyd edib.

Daha sonra M.Baxışova Biofizika İnstitutunda insanın ağciyər sağlam və karsinoma hallarında aparılmış və əldə etdilmiş nəticələr haqqında ətraflı məlumat verib. Laurin turşusunun spin zondu vasitəsilə aparılan tədqiqalar zamanı, xərçəng hüceyrə membranlarının dinamikasının və keçiriciliyinin sağlam hüceyrə membranlarından daha çox olduğu təyini haqqında, eyni zamanda Tempo spin zondu və onun modifikasiya olunmuş formaları ilə aparılan tədqiqatların fərdiləşdirilmiş təbabətə töhfəsi və praktiki əhəmiyyəti haqqında danışıb.

Seminarın sonunda mövzu ətrafında suallar verilib və elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: