Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu ilə Qazaxıstan Respublikası M.X.Dulati adına Taraz Regional Universiteti arasında elmi-pedaqoji əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqavilə çərçivəsində tərəflər arasında təhsil və elm sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsi, xarici əlaqələrin möhkəmləndirilməsi, akademik təhsilin əldə edilməsi, tədris, innovativ və istehsal fəaliyyəti sahələrində əməkdaşlıq, elmi tədqiqatların birgə həyata keçirilməsi, aktual mövzularda mühazirə kurslarının təşkili, hər iki tərəfdən yüksəkixtisaslı mütəxəssislərin cəlb edilməsi, tədris sisteminin təkmilləşdirilməsi üzrə tədris, elmi və metodiki materialların, proqramların (bakalavr, magistr, fəlsəfə doktoru) işlənib hazırlanması, magistr və doktorluq dissertasiyalarına baxılması və onlara rəhbərlik edilməsi nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.