Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.04.2024 10:08
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunda ali təhsil müəssisələrində təhsil alan tələbələr təcrübə keçirlər

İdarəetmə Sistemləri İnstitutunda ali təhsil müəssisələrində təhsil alan tələbələr təcrübə keçirlər

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu (İSİ) ilə respublikanın ali təhsil müəssisələri arasında kadr hazırlığı sahəsindəki əməkdaşlıq çərçivəsində bakalavriat və magistratura səviyyəsi üzrə təhsil alan tələbələr 16 fevral 2024-cü il tarixindən etibarən İSİ-də istehsalat və elmi tədqiqat təcrübəsi keçməyə başlayıblar.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin 40 bakalavrı və 20 magistrantı, Azərbaycan Texniki Universitetinin 18 magistrantı, Bakı Dövlət Universitetinin 21 bakalavrı və SABAH qruplarının 26 bakalavrı, Azərbaycan Dövlət İqtisad Universitetinin 14 bakalavrı, Azərbaycan Universitetinin 30 bakalavrı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 1 bakalavrı, Azərbaycan Kooperasiya Universitetinin 5 bakalavrı olmaqla ümumilikdə 175 tələbə ixtisaslarına uyğun olaraq İSİ-nin müvafiq laboratoriyalarında təyin olunmuş cədvəl üzrə təcrübə keçirlər.

Təcrübə müddətində tələbələr institutda aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olur, əldə olunan elmi nailiyyətlər haqqında ətraflı məlumatlandırılır, təcrübə rəhbərləri tərəfindən onlara verilən tapşırıqları yerinə yetirir, təhsil müddətində əldə etdikləri nəzəri biliklərini təcrübədə tətbiq edərək öz tədqiqatçılıq bacarıqlarını daha da təkmilləşdirir, müstəqil əmək fəaliyyətinə və akademik mühitə hazırlaşırlar.

Hal-hazırda magistratura səviyyəsi üzrə təhsil alan tələbələrin elmi-tədqiqat təcrübələri artıq müvəffəqiyyətlə başa çatıb, bakalavriat səviyyəsi üzrə təhsil alan tələbələrin isə istehsalat təcrübəsi davam edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: