Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.04.2024 15:21
  • A-
  • A
  • A+

Geomorfoloq alim ATMU-da bazalt sütunları barədə çıxış edib

Geomorfoloq alim ATMU-da bazalt sütunları barədə çıxış edib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Rəşid Fətəliyev Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanın bazalt sütunları və onların geoturizm əhəmiyyəti” mövzusunda təqdimatla çıxış edib.

Alim çıxışında təbiət abidələrinin ən ecazkar nümunələrindən sayılan bazalt sütunlarının yayılma arealı, geoloji və geomorfoloji xüsusiyyətləri, onların geoturizm üçün əhəmiyyəti və sistemli şəkildə elmi tədqiqinin önəmi və digər məsələlərə toxunub.

Bazalt sütunlarının sistemli şəkildə elmi tədqiqi, onların təbiət abidəsi kimi qeydiyyata alınması, təsnifatlaşdırılması, qorunması və əlçatanlığının təmin edilməsini aktual məsələ kimi dəyərləndirən tədqiqatçı maarifləndirmə tədbirlərinin keçirilməsinin turistlərdə təbiət abidələrinə marağı şərtləndirən amillərdən olduğunu diqqətə çatdırıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: