Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Geologiya və Geofizika İnstitutunun əməkdaşı Ümumrusiya elmi konfransının qalib diplomunu qazanıb
16.04.2024 14:48
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunun əməkdaşı Ümumrusiya elmi konfransının qalib diplomunu qazanıb

Rusiya Federasiyasının Perm Dövlət Universitetində “Geologiya inkişaf edən dünyada” mövzsunda 17-ci ənənəvi Ümumrusiya elmi-praktik konfransı keçirilib.

Tədbir mineralogiya, geokimya və petroqrafiya bölməsi üzrə reallaşıb.

Elmi-praktik konfransın işində ETN Geologiya və Geofizika İnstitutunun Neftli-qazlı hövzələrin litogenezi şöbəsinin kiçik elmi işçisi doktorant Emin Quliyev iştirak edib və “Azərbaycanın Vəndam zonasının neokom çöküntülərinin geokimyəvi xüsusiyyətləri və toplanma şəraitləri” (Elmi-rəhbər: Elmira Əliyeva) mövzusunda çıxış edib. Həmçinin tədbir iştirakçılarını və münsiflər heyətini maraqlandıran  sualları çavablandırıb. 

Tədbirin sonunda Perm Dövlət Universiteti Geologiya fakültəsinin dekanı, Təşkilat Komitəsinin sədri S.M.Blinov konfransın azərbaycanlı iştirakçısına I dərəcəli qalib diplomunu təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: