Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Polimer Materialları İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir
17.04.2024 17:17
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutu doktorantura və dissertanturaya qəbul elan edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 mart 2024-cü il tarixli 163 s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı”na əsasən aşağıda göstərilən ixtisaslar üzrə sənəd qəbulu elan edir.

Fəlsəfə doktoru hazırlığı:

2318.01 “Kompozit materialların kimyası və texnologiyası” ixtisası üzrə əyani doktorantura (büdcə hesabına) – 1 yer;

2318.01 “Kompozit materialların kimyası və texnologiyası” ixtisası üzrə dissertantura (büdcə hesabına) - 1 yer

Elmlər doktoru hazırlığı:

2318.01 “Kompozit materialların kimyası və texnologiyası” ixtisası üzrə

dissertantura (büdcə hesabına) - 1 yer;

2304.01 “Makromolekullar kimyası” ixtisası üzrə dissertantura (büdcə hesabına) - 1 yer

Sənədlərin qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə 16.04.2024-cü il tarixi saat 11:00-dan  15.05.2024-cü il tarixi saat 18:00-dək  həyata keçiriləcək.

Əlavə məlumat üçün Polimer Materialları İnstitutunun Təhsil şöbəsinə müraciət edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: