AMEA-nın Qafqazşünaslıq İnstitutunda elmi seminar keçirilib.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı giriş sözü ilə çıxış edərək araşdırmaların metodologiyasına dərindən yiyələnməyin və mənbələri bilməyin vacibliyindən danışıb.
Tarix elmləri doktoru professor Anar İsgəndərov “Araşdırmalarda mənbələrin rolu” mövzusunda məruzə edib.
Sonda müzakirələr aparılıb. Elmi seminarda institutda istehsalat təcrübəsi keçən Azərbaycan universitetlərinin tələbələri də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.