Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.04.2024 16:15
  • A-
  • A
  • A+

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” mövzusunda dəyirmi masa keçirilib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” mövzusunda dəyirmi masa keçirilib

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d. professor İlham Məmmədzadə açaraq qonaqları salamlayıb, onları burada görməkdən məmnunluğunu ifadə edib. O, öz çıxışında türkman soydaşlarımızla bizi daim tarixi əlaqələr, tarixi yaddaş bağladığını vurğulayıb: “Tədqiqatlar apardıqda görürük ki, biz eyni mədəniyyət və eyni tarixi köklərin daşıyıcılarıyıq. Düşünürəm ki, keçirilən konfranslar ölkələr arasında əlaqələrin daha da genişlənməsi üçün öz töhfəsini verəcəkdir. Bizim əsas məqsədlərimizdən biri isə türk dünyasının tarixi bağlarını qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir”, - deyə İlham Məmmədzadə bildirib.

Sonra elmi işlər üzrə direktor müavini t.e.d, Eynulla Mədətli çıxışında türkmanlar və Azərbaycan xalqı arasında olan tarixi faktlardan danışıb. Bundan başqa o, iki ölkə arasında bu günə qədər bağlanan saziş və mütəffiqliklərdən söz açaraq qeyd edib ki, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev də hər zaman vurğulamışdır ki, İraqda yaşayan türkman soydaşlarımızla Azərbaycan xalqı sanki bir bütövün parçasıdır. Bu ifadə arasında həqiqətən də çox dərin məna yatır. Bu irsi araşdırarkən, görürük ki, eyni mədəniyyət, eyni soy-kök bizi bir-birinə bağlayır. Fəlsəfə və Sosiologiya institutu olaraq qarşımızda duran əsas məqsədlərdən biri də mədəni irsi araşdırmaq, tarixi yaddaşı bərpa etməyə dəstək olmaqdır.

Tədbirdə İraq Strateji Araşdırmalar Mərkəzinin müdiri İraq-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Dr. Mutaz Muhyi Əbdülhəmid, Türkman Mədəniyyət Mərkəzinin müdiri “Türkmən Eli” jurnalının baş rerdaktoru, Dr. Sabah Kəlküklü məruzə ilə çıxış edərək iki ölkə arasındakı dostluq münasibətlərindən danışıblar.

Sonda Dr. Mutaz Muhyi Əbdülhəmid Şuşa ilə bağlı nəşr olunan kitabını institut rəhbərliyinə təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: