Beynəlxalq Türk Akademiyasında Qırğızıstanın görkəmli dövlət xadimi Yusup Abdrahmanova həsr olunmuş “Jusup Abdrahmanov: Dövlətçilik və qardaşlıq bağları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Qırğızıstan Respublikası Prezidentinin müşaviri Arslan Koyçiyev, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Qırğızıstan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Dastan Dyuşekeev, Nazarbayev Universitetinin professoru Uli Şamiloğlu, həmçinin Avrasiya Milli Universitetinin professorları Amantay Şarip və Janat Aimukhambet iştirak ediblər.
Toplantıda akademik Şahin Mustafayev çıxış edərək vurğulayıb ki, Yusup Abdrahmanovun irsi türk xalqları arasında qardaşlığın və tarixi bağlılığın mahiyyətini simvollaşdırır.
Bildirilib ki, ötən əsrin tanınmış dövlət və ictimai xadiminin həyat yolu və gördüyü işlər türk dünyasının tərəqqisinə yönəlmişdir.
Qırğızıstan Respublikasının Qazaxıstandakı səfiri Dastan Dyuşekeev belə tədbirlər vasitəsilə Qırğızıstan və Qazaxıstan arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində göstərdikləri əvəzsiz səylərə görə Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.