Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

29.04.2024 14:32
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda YAP Ərazi partiya təşkilatı və institutun Qadınlar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru professor İ.Mustafayev görkəmli alim və ictimai-siyasi xadim Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinin önəmli dövrləri ilə tədbir iştirakçılarını tanış etmiş, gözlərə nur verən akademikin ideyalarını müasir dünyanın çağırışları prizmasından analiz edib.

YAP Ərazi partiya təşkilatının sədri, institutun icraçı direktoru dosent R.Mehdiyeva yüksək mənəviyyat simvolu olan, tibb elmləri sahəsində ən yüksək mükafat olan Averbax adına mükafatın ilk qadın mükafatçısı olan akademik Zərifə xanım Əliyevanı istedadlı alim, bacarıqlı elm təşkilatçısı, müdrik həyat yoldaşı, qayğıkeş ana, zəhmətkeş, sadə bir insan, kübar, zərif bir qadın kimi xarakterizə edən xüsusiyyətləri, eləcə də onun tələbə yoldaşları, iş yoldaşları, onu tanıyan insanların xatirələri haqqında söz açıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: