Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.05.2024 14:05
  • A-
  • A
  • A+

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbir keçirilib

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı şəhəri Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun alimlərinin iştirakı ilə “Qarabağın bərpası yolları və müasir şəhərsalma üsullarından istifadə edilməsi” mövzusunda dəyirmi masa keçirilib.

Baş direktor professor Zakir Eminov tədbirdə sözügedən mövzu üzrə geniş təqdimatla çıxış edib.

Görüşdə iştirak edən institutun icraçı direktoru c.ü.f.d., dosent Zaur İmrani, Demoqrafiya və əhali coğrafiyası şöbəsinin aparıcı elmi işçisi c.ü.f.d. Etibar Bədəlov və institut Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri, Şuşa şəhərinin tarixi-coğrafi xüsusiyyətləri, “ağıllı şəhər” konsepsiyası əsasında inkişafdan söhbət açıblar. Şagirdlərə Qarabağın “Yaşıl enerji” zonasına çevrilməsi, regionda bərpaolunan enerji mənbələrindən istifadə, ekoloji təmiz texnologiyalar, nəqliyyat vasitələrinin tətbiqi və digər prioritet məsələlər haqqında məlumat verilib.

Sonda VIII sinif şagirdləri və məktəbin coğrafiya fənnini tədris edən müəllimlər maarifləndirici xarakter daşıyan təqdimatla çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: