Mayın 1-də AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində 2024-cü ilin Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq növbəti seminar-məşğələ keçirilib.
Seminar-məşğələdə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki müdafiə qərargah rəisləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan şöbənin rəisi Oqtay Fərzəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib.
Sonra şöbə rəisinin müavini Hikmət Babayev 2024-cü il ərzində AMEA-nın elmi müəssisə və təşkilatlarının mülki müdafiə hazırlığı üzrə keçirilmiş “Ümumdünya Mülki Müdafiə Günü”, Rəhbər Heyətin MM məşqləri və Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında və mövcud çatışmazlıqlar barədə məlumat verib.
Daha sonra şöbə rəisi Oqtay Fərzəliyev Azərbaycan Respublikasının “Mülki-müdafiə haqqında Qanun”unun və Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarının tələblərini, rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması istiqamətində atılmalı olan addımları diqqətə çatdırıb. Həmçinin qəza-xilasetmə işlərinin təşkili və aparılmasında MM qüvvələrinin idarəetmə bacarığı üzrə biliklərinin təkmilləşdirilməsi məqsədilə məşqlərin keçirilməsi, maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində görüləcək işlər müzakirə edilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.