Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.05.2024 12:52
  • A-
  • A
  • A+

MEK “Ümummilli Lider Heydər Əliyev - 101” adlı sərgini təqdim edir

MEK “Ümummilli Lider Heydər Əliyev - 101” adlı sərgini təqdim edir

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) görkəmli dövlət xadimi, dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə virtual və ənənəvi kitab sərgisini təqdim edir.

Virtual sərgidə Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin milli dövlət quruculuğu siyasəti, ölkədə baş verən siyasi-iqtisadi və ictimai prosesləri əks etdirən müasir baxışlar və analitik təhlillər, Heydər Əliyev haqqında tanınmış söz adamlarının bədii-publisistik məqalələri, esse və xatirələrini özündə əks etdirən dəyərli nəşrlər yer alıb. Nəşrlər sırasında Ulu Öndər siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin düşünülmüş siyasəti, xalqa və dövlətə şərəfli xidmət missiyasını əhatə edən kitablar sərgilənir. Eyni zamanda sərgidə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkə həyatında genişmiqyaslı fəaliyyətindən bəhs edən materiallar mövcuddur.

Sərgidə “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər Əliyevdən-İlham Əliyevə”, “Görkəmli dövlət xadimi Heydər Əliyev”, “Müdriklik mücəssəməsi. Məruzələr, çıxışlar, görüşlər, müsahibələr”, “Heydər Əliyev və milli mətbuat”, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat”, “30 il quruculuq yollarında”, “İlham Əliyev. İnkişaf-məqsədimizdir”, “Mehriban Əliyeva. Həyatın 100 anı”, “Əbədi ömrün yüz ili...”, “Ömürdən səhifələr”, “Qayıdış: 1990-2003”, “Hakimiyyət yükü altında: 1923-1982”, “Heydər Əliyev və klassik irs” və digərləri yer alıb.

Qeyd edək ki, MEK-in Sərgi salonunda da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə ənənəvi sərgi keçirilir. Sərgi iki həftə müddətində davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: