Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.04.2025 13:14
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Dendrologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu, AR ETN Coğrafiya İnstitutu, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi Yugorsk Dövlət Universiteti və Özbəkistan Respublikası Elm, Təhsil və İnnovasiya Nazirliyi Mirzo Uluqbek adına Özbəkistan Respublikası Milli universitetlərinin birgə təşkilatçılığı ilə kimya elmləri doktoru, professor Begenova B.E.-nin 75 illik yubileyinə həsr olunmuş “Təbiət elmlərinin aktual problemləri” adlı XIII beynəlxalq elmi-praktik konfrans keçirilib. 

Beynəlxalq konfransda Dendrologiya İnstitutunun baş direktoru v.i.e., b.ü.f.d., dosent Minarə Həsənova “Abşeron şəraitində Symphoricarpus albus L. növünün bioloji xüsusiyyətlərinin öyrənilməsi”, Bəzək memarlığı laboratoriyasının müdiri b.ü.f.d., dosent Şəlalə Gülməmmədova “Qəbələ rayonunun dekorativ bitkilərinin öyrənilməsi və onların landşaft dizaynında istifadəsi” adlı məruzə ilə çıxış ediblər.

Beynəlxalq elmi konfransda işçi dilləri qazax, rus, ingilis dilləri olmaqla əyani və ZOOM vasitəsilə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: