Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

13.05.2024 10:38
  • A-
  • A
  • A+

Azərbaycanlı filosof alimin məqaləsi Amerikada dərc olunub

Azərbaycanlı filosof alimin məqaləsi Amerikada dərc olunub

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və Tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Dünya Sənaye inqilabları və süni intellekt sisteminin inkişafı” (World Industrial Revolutions and the Development of Artificial Intelligence System (Volume 23, Number 1, Jan.-Mar. 2024 (Serial Number 209) məqaləsi Amerika Birləşmiş Ştatlarında dərc olunan BUSİNESS REVİEV jurnalında çap olunub.

“World Industrial Revolutions and the Development of Artificial Intelligence System” dünyada cərəyan etmiş sənaye inqilablarının tarixi Süni intellekt sisteminin yaranıb inkişaf etməsi ilə paralel olaraq təhlil edilmiş, dünya elmi fikrinin aktual elmi fikrinə əsaslanılaraq çağdaş dövrümüzün ən mühüm elmi-texniki hadisəsi və eyni zamanda fəlsəfə elminin yeni və ciddi mövzularından biri - Süni intellekt sisteminin proqressiv və reqressiv nəticələri IV, V və habelə VI Sənaye inqilablarının reallıqları kontekstində  qiymətləndirilmişdir.

Qeyd edək ki, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “David Publishing Company” nəşriyyatında dərc olunan bir neçə jurnalda - məsələn, Philosophy Study jurnalında “The Era of Heydar Aliyev, the Great Leader of the Azerbaijani People; China-USA Business Review jurnalında - “Our Philosophy of National Intercultural Dialogue From the Ideology of Azerbaijanism to Multiculturalism”; “History, Methodology and Hypothesis of Artificial Intelligence” məqalələri çap olunmuşdur. “World Industrial Revolutions and the Development of Artificial Intelligence System” məqaləsi alimin Amerikada çap olunan 5-ci məqaləsidir.

CHİNA BUSİNESS REVİEV jurnalı dünyanın bir sıra nüfuzlu elmi indekslərinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: