Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2024 10:40
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzində “Nizami Gəncəvi yaradıcılığında Naxçıvan memarlığının bədii əksi” mövzusunda seminar keçirilib

Şəki Regional Elmi Mərkəzində “Nizami Gəncəvi yaradıcılığında Naxçıvan memarlığının bədii əksi” mövzusunda seminar keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarının icrası ilə bağlı Şəki Regional Elmi Mərkəzində “Nizami Gəncəvi yaradıcılığında Naxçıvan memarlığının bədii əksi” mövzusunda seminar təşkil edilib.

Tədbiri giriş sözü ilə açan Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü Nizami Gəncəvinin Azərbaycan xalqının bəşəriyyətə, dünya mədəniyyətinə bəxş etdiyi dahi şəxsiyyətlərdən biri olduğunu söyləyib. Qeyd edib ki, bugünkü tədbirin dahi Nizaminin adı ilə bağlanması təsadüfi deyil, çünki şairin əsərləri istənilən mövzu üçün tədqiqat obyekti ola biləcək gücdədir.

Sonra Şəki REM-in kitabxana müdiri Günel Musayevaya “Azərbaycan incəsənətində Naxçıvan memarlığı” adlı məruzə ilə çıxış edib. Məruzəçi Naxçıvan memarlıq abidələri-Möminəxatun türbəsi, Qeysəriyyə, Qarabağlar türbə kompleksi, Gülüstan Türbəsi, Xanəgah kompleksi, Əlincə qalası, Nuh peyğəmbərin türbəsi, Gəmiqaya təsvirləri haqqında məlumatları iştirakçıların diqqətinə çatdırıb.

Daha sonra “Naxçıvan memarlıq inciləri Nizami Gəncəvi yaradıcılığında” mövzusunda məruzəsini təqdim edən Ədəbi-mədəni mühit, folklor və etnoqrafiya şöbəsinin kiçik elmi işçisi Tural Adışirinov Nizami Gəncəvinin əsərlərində incəsənətin naqqaşlıq, miniatür sənəti, ebru, xəttatlıq, memarlıq, teatr sahələri haqqında məlumatların zəngin elmi araşdırma materialı olduğunu bildirib. Qeyd edib ki, şair hər bir incəsənət əsərinin sanki bir sənətşünas kimi ən incəliklərinə qədər bilicisi olmuş və yüksək bədii peşəkarlıqla tərənnüm etmişdir.

Seminarda hər iki mövzu ətrafında müzakirələr aparılıb, məruzələrin elmi məqalə kimi çap olunması tövsiyə edilib.         

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: