Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.05.2024 15:42
  • A-
  • A
  • A+

“Şuşa şəhəri və İslam dünyası: qarşılıqlı əlaqələr və zənginləşmə” adlı beynəlxalq konfrans keçirilib

“Şuşa şəhəri və İslam dünyası: qarşılıqlı əlaqələr və zənginləşmə” adlı beynəlxalq konfrans keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Şuşa şəhəri və İslam dünyası: qarşılıqlı əlaqələr və zənginləşmə” adlı beynəlxalq elmi konfrans keçirilib.

İclasda çıxış edən institutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev bildirib ki, 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhəri ilə bağlı iki sərəncam imzalayıb. Həmin sərəncamlara əsasən 2022-ci il “Şuşa ili” və 2023-cü il isə “Şuşa Türk dövlətlərinin mədəniyyət paytaxtı” elan edilmişdi.

2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri “İslam dünyasının  mədəniyyət  paytaxtı” elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən ilə xüsusi tədbirlər planı hazırlanıb və həyata keçirilir.  Bu qərarlar Türk və İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. T.e.d. İ.Niftəliyev qeyd edib ki, 30 illik işğal dövründə Azərbaycan ərazisində İslam mədəniyyətinin dəyərli nümunələri dağıdılıb, mədəni və dini irs yer üzündən silinib və ya mənimsəməyə məruz qalıb. Qarabağın işğal olunmuş bölgələrində 1000-dən artıq tarixi abidə, o cümlədən 60-dan çox məscid yerlə-yeksan edilib. Ermənilər məscidlərimizdən tövlə kimi istifadə ediblər. Yalnız Azərbaycanın böyük qələbəsindən sonra İslam mədəniyyəti də işğaldan, təhqirdən xilas oldu. Təsadüfi deyil ki, işğal dövründə Azərbaycan Prezidentinin tapşırığı ilə Qarabağda dağıdılmış məscidlərin bənzərləri digər ərazilərimizdə inşa olunurdu. Bu o demək idi ki, gün gələcək həmin ərazilər azad olunacaq və buradakı dini abidələr bərpa ediləcək. Bu gün İslam dünyasının bir parçası kimi Azərbaycanın öz tarixi keçmişinə sadiqliyini nümayiş etdirir, İslam dünyasının mədəni həyatında fəal iştirak edir erməni işğalından azad edilən Azərbaycana məxsus Qarabağ və Şərqi Zəngəzur bölgəsində bərpa-quruculuq işləri sürətlə davam edir. Azərbaycan hökuməti öz maliyyə imkanları hesabına bu ərazilərdə insanların rahat və firavan yaşaması üçün infrastruktur qurur. Heydər Əliyev Fondu isə azad olunmuş ərazilərdə dini abidələrimizin bərpasını həyata keçirir.

Tədbirdə akademik Nərgiz Axundova “Şuşada xalça və şəbəkə sənətkarlığı (İslam mədəniyyəti kontekstində)”, prof. Dr. Selma Yel (Ankara Gazi Üniversiteti) “Şuşa bəyannaməsi: Bu bölgədə tarix təkrarlanacaq”, prof. Dr. Vefa Kurban, dos. Dr. Rüçhan Bubur (İzmir Ege Üniversiteti) “Azərbaycan Müstəqilliyin 33-cü ilində: Seyidli məscidi timsalında Şuşadakı tarixi tikililərə baxış”, dos. Dr. Hamit Özman (İzmir Ege Üniversiteti) “Strateji tərəfdaşlığın müttəfiqliyə çevrilməsi: siyasi iqtisad nöqteyi-nəzərindən Şuşa bəyannaməsi”, dos. Dr. Fatih Sansar (İzmir Ege Üniversiteti) “10 noyabr 2020-ci il tarixli bəyanatdan Şuşa bəyannaməsinə: siyasi və hüquqi vəziyyət”, prof. Dr. İbrahim Tellioğlu (Samsun Ondoqquz May Üniversiteti) “Qafqazda sülh və sabitliyin təmin edilməsi baxımından Türkiyə-Gürcüstan-Azərbaycan əlaqələrinin əhəmiyyəti haqqında”, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli “Şuşa şəhəri tarixinin ermənidilli tarixşünaslığı”, prof. Dr. Vüsalə Musalı (Kastamonu Universiteti) “Mir Möhsün Nəvvabın nəşr edilməmiş əsərlərinin əlyazma nüsxələri”, professor İlhami Cəfərsoy “Ən qədim Şuşa”, Dr. Dilara Atlaş (Sivas Cumhuriyet Üniversiteti) “Pənah Əli xanın dövründə Şuşanın salınması prosesi və Qarabağda aparılan quruculuq fəaliyyəti”, tarix üzrə fəlsəfə doktoru Nigar Axundova “İslam mədəniyyətinin paytaxtı Şuşa Böyük Qayıdış illərində”, Elçin Məmmədli (Azərbaycan Universiteti) “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında vandalizmə məruz qalan Azərbaycan mədəniyyət abidələri”, Xatirə Qəhrəmanova “Dünya Azərbaycanlıların Şuşada keçirilən Zəfər Qurultayı” adlı məruzələrlə çıxış ediblər.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: