Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.05.2024 09:20
  • A-
  • A
  • A+

Biofizika İnstitutunda elmi seminar keçirilib

Biofizika İnstitutunda elmi seminar keçirilib

Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Konservativ HER2 motiflərin axtarışı - terapevtik əhəmiyyətli insanınkılaşdırılmış monoklonal anticismlər üçün epitop dizaynı” mövzusunda elmi seminar keçirilib.

Seminarı giriş sözü ilə institutun icraçı direktoru b.e.d. Kərim Qasımov açaraq tədbir iştirakçılarını salamlayıb, seminarın mövzusu, tədqiqat istiqamətləri haqqında ümumi məlumat verib və mövzu ilə bağlı tədqimatla çıxış edib.

Kərim Qasımov EGFR (HER1) və HER2 domenləri (EMBL-EBI-nin InterPro onlayn proqramı ilə analiz olunan), ErbB nümayəndələri ilə homodimerlər və heterodimerləri əmələ gətirməsi, HER2 üçün ümumi mutasiyalar, HER2 ECD strukturları və onun monoklonal anticism (dərman əhəmiyyətli) Pertuzumab və Trastuzumab ilə kompleksləri, HER2 domenləri və onların funksional motifləri üzrə təhlili, HER2-nin Splays variantları, Reseptor Tirozin Kinaz Ailələri, HER2 ilə əlaqəli siqnal yolları haqqında geniş məlumat verib. Bildirib ki, insan epidermal boy faktoru reseptoru 2 (HER2)-nin həddindən artıq ekspressiysı şişin aqressivliyi və süd vəzi (həmçinin ağciyər) xərçəngində kəskin proqnozla əlaqələndirilir. HER2-yə qarşı terapevtik anticismlərin mövcudluğu ilə, HER2-pozitiv süd vəzi xərçənginin klinik idarə olunmasında böyük irəliləyişlər əldə edilmişdir. Bununla belə, bu anticismlərə qarşı de nova və qazanılmış müqavimət uğurlu HER2 hədəfli müalicə üçün ciddi məhdudiyyətlə qarşılaşır. Funksional və nahiyə-spesifik blokada üçün istifadə oluna bilən HER2-nin yeni epitoplarının müəyyən edilməsi yeni klinik əhəmiyyət kəsb edən anti-HER2 anticismlərin yaradılmasında mərkəzi addım ola bilər. HER2-nin hüceyrəxarici domeninin (ECD HER2) təkamülcə qorunub saxlanılan motiflərində potensial terapevtik dərman əhəmiyyətli epitoplar/hədəflər vardır.

Quruluş və funksional konservativ finqəprint və xətti motiflərin funksional spesifik konfiqurasiyalarını təmin edə biləcəyini nəzərə alaraq, təklif edilir ki, HER2 zülalın ECD domenində əlavə dərman əhəmiyyətli epitoplar/hədəflər müəyyən edilə bilər, bu da potensial terapevtik tətbiq üçün dəyişikliklərin edilməsinə imkan verə bilər.

Məruzə dinlənildikdən sonra seminar iştirakçıları çıxış edərək mövzu ilə bağlı sual və fikirlərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: