Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.05.2024 15:10
  • A-
  • A
  • A+

Mikrobioloq alimlər konfransda məruzə edib

Mikrobioloq alimlər konfransda məruzə edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun baş direktoru, elmi katibi, laboratoriya müdirləri və əməkdaşları “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu mövzusunda keçirilən elmi-praktiki konfransda iştirak ediblər.

Kkonfrans Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov “Azərbaycanın müxtəlif təyinatlı bitkilərinin mikrobiotasının patogen növlərinin ümumi xarakteristikası və Bioloji aktiv maddələr laboratoriyasının müdiri b.e.d., professor Elman İsgəndər “Meşə ekosistemində biomüxtəliflik və ona təsir edən amilllər” adlı plenar məruzələrlə çıxış ediblər.

Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri b.e.d., professor Könül Baxşəliyeva “Meyvə və giləmeyvələrin mikolji qiymətləndirilməsi” və institutun əyani doktorantı Aqil Əhmədli “Mikromisetlərdən alınan liptonik fermentlərin çirkab sularının yağ mənşəli çirkləndiricilərinin təmizlənməsində istifadəsi” adlı simpoziumal məruzələrlə çıxış ediblər.

Məruzələrin hər biri maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: