Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.05.2024 18:50
  • A-
  • A
  • A+

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin YAP ərazi partiya təşkilatı yaradılıb

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin YAP ərazi partiya təşkilatı yaradılıb

Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının Azərbaycan Milli Elmlər Akademiyası Lənkəran Regional Elmi Mərkəzi ərazi partiya təşkilatı yaradılıb.

Yığıncaqdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.

Sonra AMEA-nın 44 günlük Vətən müharibəsində ilk şəhidi, Lənkəran Regional Elmi Mərkəzinin əməkdaşı Mahsun Bağırzadənin xatirə guşəsi ziyarət edilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev partiyanın 30 il ərzində keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyası regionun ən güclü siyasi partiyası olmaqla yanaşı, ölkəmizin əldə etdiyi bütün nailiyyətlərdə, uğurlarda, qazanılan qələbələrdə xüsusi rol oynayır.

Tədbirdə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzin direktoru Mehman Əliyev bildirib ki, 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var.

Digər çıxış edənlər də partiyanın xalq və dövlət qarşısında xidmətlərindən danışıblar.

Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Mehman Əliyev ərazi partiya təşkilatının sədri, Cəmil Quliyev isə sədr müavini seçiliblər.

Sonda yeni üzvlərə partiya biletləri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: