Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.05.2024 11:27
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının iclası keçirilib

Lənkəran Regional Elmi Mərkəzinin Elmi şurasının iclası keçirilib

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Elmi şuranın növbəti iclası keçirilib.

Mərkəzin direktoru Elmi şuranın sədri Mehman Əliyev iclası giriş sözü ilə açaraq gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.

İclasda “AMEA-nın Rəyasət Heyətinin qərar və sərəncamlarının yerinə yetirilməsi vəziyyəti:reallıqlar və çağırışlar”, “Lənkəran Regional Elmi Mərkəzində 2024-cü ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələr”, “Herontoloji şöbənin AMEA-nın Nizamnaməsinə uyğun qurulması haqqında”, “Əmək intizamı ilə əlaqədar keçirilən monitorinqin nəticələri” və “f.ü.f.d. Mehman Qaraxan oğlu Əliyevə ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarsışında vəsatət qaldırılması” mövzuları barədə Mərkəzin direktoru Mehman Əliyev, elmi katib Cəmil Quliyev, elmi işlər üzrə direktor müavini Sevinc Hüseynova və ümumi işlər üzrə direktor müavini Namik Qasımovun məlumatları dinlənilib.

Sonuncu məsələ ilə bağlı Elmi şuranın üzvləri arasında gizli səsvermə keçirilib. Səsvermədə iştirak edən 16 nəfər şura üzvü yekdilliklə filologiya üzrə fəlsəfə doktoru Mehman Əliyevə ixtisas üzrə dosent elmi adının verilməsi üçün AAK qarşısında vəsatətin qaldırılmasına razılığını bildirib.

Elmi şura üzvlərindən fəlsəfə doktorları dosentlər Əlirza Əliyev, Həzər Hüseynov, İltifat Kərimov, Emin Məlikov və Leyla Məcidova çıxış edərək Lənkəran Regional Elmi Mərkəzinin 6 aylıq fəaliyyətini müsbət qiymətləndirib.

Sonda ümumi işlər üzrə direktor müavini Namik Qasımov, Elektron xidmətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Həsənzadəyə səmərəli fəaliyyətlərinə görə Mərkəzin “Təşəkkürnamə”si təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: